Rusiya Federasiyasının Qəhrəmanı, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan
Hörmətli cənab Prezident,
Sizi ad gününüz münasibətilə təbrik edir və Zati-alinizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində quruculuq fəaliyyətinizin davam etməsini səmimi qəlbdən arzulayıram. Qoy, Sizin gündəlik fəaliyyətiniz bundan sonra da ictimai dəstəklə müşayiət olunsun. Rusiyanın Volqoqrad vilayəti ilə Azərbaycan Respublikasının rayonları arasında yaranan işgüzar və mədəni əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.
Dərin hörmətlə,
Andrey Boçarov
Rusiya Federasiyasının Qəhrəmanı,
Volqoqrad vilayətinin qubernatoru