MƏDƏNİYYƏT
Rusiya-İnformasiya Mədəniyyət Mərkəzində Mstislav Rostropoviçin anadan olmasının 85 illiyinə həsr edilmiş gecə keçirilmişdir
Bakı, 9 aprel (AZƏRTAC). “Rossotrudniçestva”nın Azərbaycandakı nümayəndəliyinin və Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin təşkilatçılığı ilə Rusiya-İnformasiya Mədəniyyət Mərkəzində görkəmli violonçel ustası və dirijor Mstislav Rostropoviçin anadan olmasının 85 illiyinə həsr edilmiş gecə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ev-muzeyin direktoru Şeyla Heydərova bu il martın 27-də Mstislav Rostropoviçin anadan olmasının 85 illiyinin tamam olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi bu əlamətdar gün münasibətilə silsilə tədbirlər keçirir.
Natiq demişdir ki, bu gün Rusiya-İnformasiya Mədəniyyət Mərkəzi ilə birgə yeni layihənin reallaşdırılmasına başlanılır. Layihə çərçivəsində ev-muzeyin Moskvadakı Rostropoviç Fondundan əldə etdiyi sənədli filmlər (xonika, konsertlər, müsahibələr) nümayiş etdiriləcəkdir.
Gecədə “Ad günün mübarək, Slava” sənədli filmi və “Maestronun yubileyi” videoxronikası nümayiş etdirilmişdir.