ELM VƏ TƏHSİL
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Sergey Yeseninin doğum günü və Müəllim Günü qeyd edilib
RİMM-dən AZƏRTAC-a verilən məlumata görə, qonaqların çoxuna rus dilini populyarlaşdırılması üzrə fəal işlərinə və rus dili üzrə respublika olimpiadaları keçirilməsində iştirakına görə təşəkkürnamələr və hədiyyələr təqdim edilib.
Məlum olduğu kimi, RİMM-də Azərbaycanın ən yaxşı rus dili və ədəbiyyatı müəllimləri Qalereyası yaradılıb, Şərəf Kitabı təsis edilib. Yeni İl bayramları ərəfəsində müəllimlər arasında müsabiqəyə yekun vurulacaq, müsabiqə qaliblərinin adları Şərəf Kitabına yazılacaq, fotoşəkilləri isə qalereyanı bəzəyəcək.
“Possotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov və Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Vəfa Yaqublu müəllimləri bayram münasibətilə ürəkdən təbrik edərək onlara təşəkkürnamələr və hədiyyələr - rus klassiklərinin kitablarını təqdim ediblər.
Sonra gənc artistlərin - Bakı məktəblərinin şagirdlərinin və RİMM nəzdində uşaq yaradıcılığı mərkəzinin yetirmələrinin iştirakı ilə bayram konserti olub. Konsertin gedişində müəllimlər də gənc artistlərə qoşulublar.
“Bizim istedadlar” adlı çox maraqlı və faydalı sərgidə asudə vaxtlarında rəsm çəkmək, muncuqla tikmə, yapma və digər yaradıcılıq növləri ilə maraqlanan pedaqoqların əl işləri nümayiş etdirilib.
Görüş səmimi çay süfrəsi arxasında başa çatıb.