MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Bahar süjetləri”
Bakı, 1 aprel, AZƏRTAC
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində həvəskar fotoqrafların IX “Bahar süjetləri” müsabiqəsinin sərgisi açılıb. Sərgidə təqdim olunan fotoşəkillərdə müəlliflərin Azərbaycan təbiətinin gözəlliyinə sevgisi əksini tapıb.
AZƏRTAC RİMM-in saytına istinadla xəbər verir ki, bu il ilk dəfə olaraq münsiflər heyətində gənc fotoqraf-rəssamlar Qulam Hüseynov və Fərhad Sultanov yer alıb. Onlar bir çox peşəkar fotosərgilərin iştirakçısı və laureatlarıdır.
Alsu Yusupova, Aslan Əzimzadə və Nelli Hüseynova müsabiqənin laureatları olublar. “Orijinal ideya” nominasiyasında Viktoriya Vasilyeva və Tatyana Brovinanın işləri xüsusi mükafata layiq görülüb.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov müsabiqənin laureatlarına diplom və mükafatları təqdim edib. O, münsiflər heyətinin üzvləri Qulam Hüseynov və Fərhad Sultanova isə birgə işə görə “Rossotrudniçestvo” nümayəndəliyi adından təşəkkür məktubu verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]