DÜNYA
Rusiya-Misir birgə antiterror təlimləri keçiriləcək
Qahirə, 15 oktyabr, AZƏRTAC
Yerli KİV-lərin verdiyi məlumata görə, oktyabrın 15-dən 26-dək Misirdə “Dostluğun müdafiəçiləri - 2016” adlı Rusiya-Misir birgə antiterror təlimləri keçiriləcək.
Rusiyanın və Misirin hava-desant qoşunları (HDQ) Afrika səhraları şəraitində müasir paraşüt sistemlərindən istifadə etməklə ilk dəfə birgə kütləvi paraşüt desantı tətbiq edəcəklər. Təlimlərdə 15 helikopter və təyyarədən, habelə 10 vahid döyüş texnikasından istifadə olunacaq. Bildirilir ki, rusiyalı desantçılar Misirdəki hərbi poliqonlardan birinin ərazisinə “İl-76” hərbi nəqliyyat təyyarələri ilə çatdırılıb. Təlimlərdə hər iki tərəfdən 500-dən çox desantçı əsgər kimi iştirak edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]