Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Rusiya və Azərbaycan: Strateji əməkdaşlığın daha bir ili

Rusiya və Azərbaycan: Strateji əməkdaşlığın daha bir ili

Moskva, 24 dekabr, AZƏRTAC 

Azərbaycan Rusiyanın bütün əməkdaşlıq istiqamətləri üzrə ardıcıl tərəfdaşlarından biridir. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində başa çatan ildə dövlətlərarası qarşılıqlı fəaliyyətin yekunları barədə danışıb və gələcək perspektivləri müzakirə edib.

-Dmitri İvanoviç, siz Rusiya-Azərbaycan münasibətlərini 2019-cu ilin sonunda qısaca necə qiymətləndirərdiniz?

-Bizim tərəfdaşlığımız strateji xarakter daşıyır, özü də hər iki dövlətin çoxdan bəri qarşılıqlı dostluq hisslərinin sınağından çıxan siyasi rəhbərliyi, işgüzar dairələri, elm və mədəniyyət xadimləri, sadə rusiyalı və azərbaycanlılar bu tərəfdaşlığın dərinləşməsinə bərabər səviyyədə istiqamətlənib. Dövlətlərarası səviyyədə qarşılıqlı fəaliyyətin həyata keçirildiyi bütün sahələrdə əlaqələri sadələşdirən möhkəm hüquqi baza yaradılıb. Qeyd etmək istərdim ki, cari il ölkələrimizin siyasi rəhbərləri arasında görüşlərin sayına görə bir növ rekord ili olub: prezidentlər, hökumətlər, nazirlik və parlamentlər xətti ilə ruh yüksəkliyi yaradan 9 səfər əməkdaşlıq diapazonunun genişləndirilməsinə və perspektivlərin müəyyənləşdirilməsinə xidmət edib.

-Siz necə hesab edirsiniz, postsovet məkanında belə etibarlı münasibətlər niyə məhz Rusiya ilə Azərbaycan arasında yaranıb?

-Zənnimcə, etibarın yüksək səviyyəsi eyni dalğaya köklənən, ruhən oxşar olan və bütövlükdə dövlətlərarası qarşılıqlı fəaliyyətə tonallıq verən Vladimir Putin ilə İlham Əliyevin arasında səmimi şəxsi münasibətlərlə müəyyən edilir. Cari ildə onlar üç dəfə görüşüblər: yazda, “Bir kəmər, bir yol” Pekin forumu çərçivəsində, oktyabrda Soçidə, Azərbaycan Prezidentinin dünya və regional siyasətin kəskin problemlərini qaldırdığı “Valday” Diskussiya Klubunun iclasında və dekabrda Sankt-Peterburqda.

Lap yaxın vaxtlarda Moskvada səfərdə olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva sırf qadınlara xas olan “yumşaq qüvvə” ilə Rusiya-Azərbaycan münasibətlərinə təkan verdi. O, bir neçə gün ərzində çox iş görməyə fürsət tapdı: onuncu Regionlararası iqtisadi forumda iştirak etdi, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun yenidənqurmadan sonra açılışını etdi, ölkəmizin birinci şəxsləri ilə görüşdü, Vladimir Putin ona Dostluq ordenini şəxsən özü təqdim etdi.

-Siz ilin mühüm hadisələrindən biri kimi iqtisadi forumu xatırlatdınız. Dövlətlərarası əməkdaşlıq iqtisadiyyat sahəsində hansı perspektivləri açır?

-Əməkdaşlıq templəri qorunub saxlanılır və getdikcə yalnız artacaq. Biznes dairələri, dövlət strukturları və bu günlərdə Bakıda özünün növbəti iclasını başa vuran iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyası səviyyəsində sıx əlaqələr buna sübutdur. 2024-cü ilədək olan dövr üçün əməkdaşlığın mühüm istiqamətləri üzrə əsas inkişaf planında əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artması, nəqliyyat potensialının inkişafı və birgə müəssisələr yaradılması, rəqəmsal və büdcə-vergi sahəsində təcrübə mübadiləsi vektorları müəyyən edilir. Hörmətli Mehriban xanımın səfəri çərçivəsində yüksək texnologiyalara və innovasiyalara dair altıncı “yol xəritəsi” razılaşdırıldı. Lakin bu, bütün əməkdaşlıq spektrini əhatə etmir: bu yaxınlarda 2020-2022-ci illər üçün aqrar sfera və turizm sahəsi üzrə sazişlər imzalanıb. “Bakutel” beynəlxalq sərgisində Rusiyanın “Kosmiçeskaya svyaz” şirkəti ilə “Azərkosmos” peyk rabitəsi və yayımı sahəsində qarşılıqlı fəaliyyət haqqında ilk kontrakt imzalayıblar. İki ölkənin potensialının belə birləşməsi ciddi sinerji effekti verməyə qadirdir.

-Başa çatmaqda olan il ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsini səciyyələndirən rəqəmlər göstərə bilərdinizmi?

-Doqquz ay ərzində əmtəə dövriyyəsi təqribən 23 faiz artaraq 2,4 milyard dollar təşkil edib və ilin sonunadək 3 milyard dollar səviyyəsinə tamamilə çata bilər. Başqa cür ola da bilməz. Çünki Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşıdır, Rusiyanın region ölkələri ilə əmtəə dövriyyəsinin təxminən yarısını təmin edir. Maşınqayırmada, kimya sənayesində, həmçinin inşaat materiallarının istehsalında Rusiya-Azərbaycan birgə müəssisələri bu rəqəmlərə sanballı töhfə verir. Azərbaycanın SOCAR dövlət şirkəti Orenburq vilayətində yerləşən Antipinsk neft emalı zavodunun səhmlərinin bir hissəsini almaqla, Rusiyanın neft emalı bazarında əsas oyunçulardan birinə çevrilib. Sankt-Peterburqdan olan “Penopleks” şirkəti isə Hacıqabulda penopolistiroldan istilik keçirməyən plitələr istehsal edən zavodun tikintisinə başlayır. Bizim birgə müəssisələrimiz hətta üçüncü ölkələrin bazarlarına çıxır: SOCAR şirkəti tərəfindən Türkiyə ərazisində tikilən “Star” neft emalı zavodu xammalın yarısını Rusiyadan alır. Bütün bunlar ölkələrimizdə əlverişli investisiya mühitinin göstəriciləridir. Rusiya və Azərbaycan tərəfindən Avrasiya nəqliyyat-logistika karkasının tikintisi ayrıca mövzudur: Rusiya şirkətləri Bakı-Tbilisi-Qars magistralının imkanlarından fəal şəkildə istifadə edirlər. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımalar isə təkcə yarım il ərzində 60 faiz artıb.

-Siz Rusiya və Azərbaycanın beynəlxalq arenada qarşılıqlı fəaliyyətini necə səciyyələndirərdiniz?

-Azərbaycan regional lider statusunu keçərək artıq qlobal siyasətdə öz çəkisi olan dövlətə çevrilib. Buna misal kimi, respublikanın bu yaxınlarda rəhbərlik etdiyi Qoşulmama Hərəkatını göstərmək olar. Dövlətlərimiz müxtəlif məkanlarda bir-birini dəstəkləyir (Azərbaycan nümayəndə heyətinin Rusiyanın AŞPA-ya qaytarılması lehinə səs verməsini yada salmaq kifayətdir) və geosiyasi nöqteyi-nəzərdən çox mühüm olan Türkiyə və İranla üçtərəfli ittifaqda iştirak edirlər. Qarabağ probleminin həlli istiqamətində Moskvanın səylərini də yada salmaya bilmərəm. Şəxsən öz adımdan onu deyə bilərəm ki, Azərbaycanın yaralı Qarabağ torpağında sülhün və əmin-amanlığın bərpa olunması üçün Qarabağ torpağı və işğal altında olan bütün rayonlar qeyd-şərtsiz azad edilməlidir. Mən qardaş Azərbaycana bunu ürəkdən arzulayıram.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib-Sırski

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO