MƏDƏNİYYƏT
Rusiyada Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu yaradılıb
Bakı, 3 iyun, AZƏRTAC
Moskvada böyük türk şairi Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu yaradılıb.
AZƏRTAC xəbər verir ki, Fond şairin irsinin öyrənilməsi, onu yeni nəsillərə tanıtmaq, eləcə də Rusiya və Türkiyə mədəni əlaqələrinə töhfə vermək və iki ölkə arasında dostluq körpüsü rolunu oynamaq məqsədilə təsis edilib.
Yeni yaradılmış Fond Rusiyanın mədəniyyət və incəsənət dünyası ilə, eləcə də təhsil müəssisələri ilə əməkdaşlıq etmək niyyətindədir.
Fondun məqsədlərindən biri də Moskvada Nazim Hikmət Muzeyinin yaradılmasıdır.
Qeyd edək ki, 1963-cü ildə Moskvada vəfat edən Nazim Hikmət "Novodeviçe" qəbiristanlığında dəfn olunub. Rusiyadakı türk diasporu tərəfindən hər il iyunun 3-ü Nazim Hikmətin xatirə günü keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]
Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub
- 03.05.2024 [12:15]
Bakıda Kukla Festivalının bağlanış mərasimi olub
- 03.05.2024 [11:56]
Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi
- 03.05.2024 [11:30]
“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib
- 03.05.2024 [11:22]
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 03.05.2024 [11:12]