İQTİSADİYYAT
Rusiyanın Neft-Qaz Biznes İnstitutunda təhsil alan nümayəndə heyəti ilə görüş keçirilmişdir
Bakı, 24 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentində Rusiyanın Neft-Qaz Biznes İnstitutunda “İnsan resurslarının idarəedilməsi” ixtisası üzrə təhsil alan nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Departamentdən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinə Rusiyanın “LUKoyl”, “Tatneft”, “Tatburneft” və digər iri neft-qaz şirkətlərində çalışan əməkdaşlar daxildirlər.
Görüşdə insan resursları departamentinin rəisi Asif Bəkirli qonaqlara ARDNŞ-in fəaliyyət istiqamətləri və insan resursları sahəsində görülən işlər barədə məlumat vermişdir.
Sonra departamentin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Qonaqlar təmsil etdikləri qurumlarda insan resursları sahəsində vəziyyət barədə danışmış, ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Sonda qonaqlara ARDNŞ-in xatirə hədiyyələri təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]