Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm. Müstəqillik Günü Azərbaycan vətəndaşları üçün mühüm bayramdır və onların Vətənin suverenliyi uğrunda fədakar mübarizəsinin gələcək nəsillər üçün böyük əhəmiyyətini əks etdirir. Bu günü 1918-ci il hadisələrindən ayıran zaman kəsiyinə baxmayaraq, Azərbaycan vətəndaşları bir əsrdən çox əvvəl öz əcdadlarının yeni qurduqları müstəqil dövlət ideallarına və prinsiplərinə eyni hörmətlə yanaşırlar.

Azərbaycan xalqının milli qüruru, vətənpərvərliyi və öz gücünə sonsuz inamı ölkə rəhbərliyinin müdrik siyasəti ilə birlikdə respublikaya iqtisadi və sosial sahələrdə uğurlar qazanmağa, ölkənin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməyə imkan yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan vətəndaşlarının rifahı naminə səmimi-qəlbdən bütün səylərinizin həyata keçməsini arzu edirəm.

Hörmətlə,

 

Mixail Qutseriyev

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin