MƏDƏNİYYƏT
Rusiyanın tanınmış ifaçısı Bakıda konsert verəcək
Bakı, 5 iyul, AZƏRTAC
Noyabrın 6-da Heydər Əliyev Sarayında Rusiya şansonunun kraliçası, azərbaycanlı tamaşaçıların sevimlisi Lyubov Uspenskaya geniş konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Sarayından AZƏRTAC-a bildiriblər ki, konsertdə müğənni yeni mahnılarını səsləndirəcək.
Müğənni ilk albomunu ("Lyubimıy") 1985-ci ildə yazıb. Həmin albom ona keçmiş sovetlər birliyində və ABŞ-da populyarlıq qazandırıb. L.Uspenskaya bir neçə dəfə "İlin şansonu" mükafatına layiq görülüb.