RƏSMİ XRONİKA
R.Y.ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ SƏDRİNİN SƏLAHİYYƏTLƏRİNİ İCRA ETMƏKDƏN AZAD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rafiq Yəhya oğlu Əliyev Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra etməkdən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2006-cı il.