REGİONLAR
Saatlıda kənd təsərrüfatı məhsullarının buraxılışı 2,6 faiz artıb
Saatlı, 11 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə uğurlu nəticələr əldə olunub.
Saatlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon üzrə 2021-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 177 milyon 80,9 min manat təşkil edib. Onun da 71 milyon 732,6 min manatı heyvandarlıq, 105 milyon 348,3 min manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2020-ci ilin yanvar-dekabr aylarında isə kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 172 milyon 572 min manat təşkil edib ki, onun da 69 milyon 166,7 min manatı heyvandarlıq, 103 milyon 405,3 min manatı isə bitkiçilik məhsullarının payına düşür. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmi 4 milyon 508,9 min manat yəni 2,6 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]