REGİONLAR
Sabirabadda 587 ton yun istehsal olunub
Sabirabad, 20 iyul, Mahir Babayev, AZƏRTAC
Sabirabadın qoyunçuluq təsərrüfatlarında yaz yun qırxımı yekunlaşıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun qoyunçuluq təsərrüfatlarında 230 min 244 baş qoyun-quzu bəslənilir, bu da ötən ilin eyni dövründəkindən 4026 baş çoxdur.
Artıq rayonun qoyunçuluq təsərrüfatlarında yaz yun qırxımı başa çatıb. Fermerlər bəslədikləri qoyunlardan ümumilikdə 587 ton yun götürüblər. Hər qoyundan orta hesabla 2,5 kiloqram yun qırxılıb. Ötən il isə bu rəqəm 2,2 kiloqram olub.
Rayonda fəaliyyət göstərən “Halal” kəndli fermer təsərrüfatında nəticə daha yüksək olub. Təsərrüfatda çalışan qoyunçular bəslədikləri 5000 baş qoyunun hər birindən 2,6 kiloqram yun qırxmaqla 12 ton 500 kiloqram yun tədarük ediblər. Təsərrüfatda, həmçinin hər baş ana qoyundan 89 baş bala götürülüb.