İQTİSADİYYAT
Sabunçu rayonunda abadlıq işləri davam etdirilir
Bakı, 26 may (AZƏRTAC). Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin mərkəzi küçələrinin görkəmi əsaslı surətdə dəyişəcəkdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bu istiqamətdə artıq tədbirlər planı hazırlanmışdır. Cari ilin sonuna kimi qəsəbənin Sülh, Gənclik, R.Qənbərov və digər küçələrində yollarının genişləndirilməsi, yeni səkilərin salınması, binaların dam örtüklərinin, qapı-pəncərələrinin təzələnməsi, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması və digər abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, rayonun əsasən köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparılması çirkli gölməçələrin doldurulması işləri davam etdirilmiş, Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülmüş, oradakı tullantılar təmizlənmişdir.
Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən 6,5 hektar sahədə parkın salınması işləri də başa çatmaq üzrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]