Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilmişdir

Naxçıvan, 11 fevral (AZƏRTAC). Fevralın 11-də Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açılış mərasimində iştirak etmişlər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirmişdir ki, son illər muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində mühüm tədbirlər həyata keçirilmiş, informasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni mərhələyə yüksəlmişdir. Hazırda muxtar respublikada bu sahədə beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyalara əsaslanan fəaliyyət sayəsində müsbət nəticələr əldə edilmiş, ən müasir standartlara uyğun telekommunikasiya infrastrukturu formalaşmışdır. Yaşayış məntəqələrində fiber-optik kabel xətlərinin tikintisi aparılmış, Naxçıvan şəhərində evədək optika layihəsinin icrasına başlanılmış, muxtar respublikaya daxil olan internet trafikinin sürəti artırılmışdır. Son illərdə bu sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən Rövşən Məmmədov göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.

Çin Xalq Respublikasının Huawei şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları üzrə prezidenti Sun Ming Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvanda ilk dəfə olduğunu və bundan məmnunluğu ifadə edərək demişdir ki, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ölkə iqtisadiyyatının bütün sahələrinə uğurla tətbiq edilir. Artıq Azərbaycan dünyada həm də informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı prioritet təşkil edir. 2002-ci ildən etibarən Huawei şirkəti ilə muxtar respublika arasında əməkdaşlıq başlanmış, informasiya texnologiyaları sahəsində bir sıra layihələr icra olunmuşdur.

Sun Ming uğurlu əməkdaşlığa görə Huawei şirkətinin idarə heyəti adından minnətdarlığını bildirmiş və məhdud fiziki imkanlı uşaqların təhsil almasına qurumun kömək məqsədilə hazırladığı “Elektron təhsil” sistemini muxtar respublikaya hədiyyə etmişdir.

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirdə çıxış edərək demişdir ki, bu gün Prezident İlham Əliyev tərəfindən rabitə və informasiya texnologiyalarının inkişafına hərtərəfli qayğı göstərilir. Artıq Azərbaycanın ümumdünya elektron məkanına inteqrasiyası təmin edilmiş, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan iqtisadiyyatın təşəkkülü istiqamətində mühüm addımlar atılmışdır. Həmçinin bu siyasət ölkəmizdə informasiya cəmiyyətinin inkişafına, milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsinə səbəb olmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuş, ötən il fevralın 8-də ölkənin ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bu gün Azərbaycan regionda informasiya texnologiyaları xidmətlərinin ixracatçısına çevrilmişdir. Rabitə və informasiya texnologiyaları sahəsində görülən işlər qədim tarixə malik olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Hazırda muxtar respublika ən müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna malikdir. Əli Abbasov bu sahədə əldə olunan nailiyyətləri muxtar respublikanın sosial-iqtisadi inkişafının tərkib hissəsi kimi dəyərləndirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunda Rabitə İdarəsinin yeni binasının və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyasının istifadəyə verilməsi nəticəsində rayonda 3500-dən artıq abonentə müasir tələblər səviyyəsində telekommunikasiya xidmətlərinin göstəriləcəyini bildirmiş, bu münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək demişdir: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilmişdir. Həmin strategiyada nəzərdə tutulmuş vəzifələrin icrası üçün 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Dövlət proqramları qəbul olunmuş, bu sahədə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan kosmik sənaye ölkəsinə çevrilmişdir.

Ali Məclisin Sədri demişdir: Ölkəmizdə informasiya texnologiyalarının inkişafı sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasını da əhatə etmişdir. Bu gün blokada şəraitində yaşayan muxtar respublikada telekommunikasiya sahəsində ən müasir sistemlər tətbiq olunur. 2006-cı ildən etibarən muxtar respublikada optik şəbəkələrin qurulmasına başlanmışdır. Artıq istismar olunan 146 avtomat telefon stansiyasından 136-sı optik arabağlantılarla təmin edilmiş, optik xətlərin ümumi uzunluğu 932 kilometrə çatdırılmışdır. Həmçinin muxtar respublikada istifadə olunan avtomat telefon stansiyalarının 80-i Yeni Nəsil Texnologiyaları əsasında fəaliyyət göstərir. Bu gün Şahbuz rayonunda istifadəyə verilən Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası da uzun müddət istifadəçilərə keyfiyyətli telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər xidmətlər göstərilməsinə imkan verəcəkdir.

“Sürətli informasiya mübadiləsi inkişafın başlıca şərtlərindən biridir”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, bu sahədə yeni layihələr icra olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace-1”in ehtiyat idarəetmə mərkəzi məhz Naxçıvan Muxtar Respublikası ərazisində qurulmuş və fəaliyyəti təmin edilmişdir.

Ali Məclisin Sədri muxtar respublikada telekommunikasiya sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, qarşılıqlı əməkdaşlığa və göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Çin Xalq Respublikasının Huawei şirkətinə təşəkkürünü bildirmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Çin Xalq Respublikasının Huawei şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları üzrə prezidenti Sun Ming binanın rəmzi açılışını bildirən lenti kəsmişlər.

İki mərtəbədən ibarət olan binada ən müasir rabitə və poçt avadanlıqları quraşdırılmış, ATS, poçt, mühasibatlıq, mühəndis otaqları və elektron köşk istifadəyə verilmişdir. İş otaqlarında rabitəçilərin normal fəaliyyəti, əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov Şahbuz rayonunda yaradılan Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarından 93,2 faizi optik arabağlantılarla təmin edilmişdir. Optik şəbəkə qurulandan sonra yeni nəsil telekommunikasiya sisteminin tətbiqi üçün imkan yaranmış, 2010-cu ildən muxtar respublikada mərhələlərlə yeni nəsil texnologiyanın tətbiqinə başlanmışdır. Hazırda Şahbuz rayonu üzrə 19 avtomat telefon stansiyası və 17 poçt bölməsi fəaliyyət göstərir. Şahbuz və Babək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya Sistemi abunəçilərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və çox sayda əlavə xidmətlərin göstərilməsinə imkan verəcəkdir.

ATS otağına baxış zamanı Şahbuz və Şərur rayonları arasında videotelefon bağlantısı qurulmuşdur.

Binada “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şahbuz rayon filialı üçün də əlverişli iş və xidmət şəraiti yaradılmışdır. Burada teleqramların, məktub və baratların, bağlamaların qəbul edilib ünvanlara yola salınması, qəzet və jurnalların çeşidlənib abunəçilərə çatdırılması, kommunal xidmət haqlarının yığılması və digər bank-maliyyə xidmətlərinin göstərilməsi təmin edilmişdir.

Binanın foyesində quraşdırılan yeni elektron köşk görüntülü telefon və internet danışıqlarının həyata keçirilməsinə, rabitə və internet xidmət haqlarının ödənilməsinə imkan verəcəkdir.

Binanın həyətində də abadlıq işləri aparılmış və yaşıllıqlar salınmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb