MƏDƏNİYYƏT
Sahibkarlar Konfederasiyasının nümayəndəsi beynəlxalq milli mədəniyyətlər forumunda iştirak edib
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Polşa Respublikası və Rusiya Federasiyasının Kalininqrad vilayəti üzrə nümayəndəsi Tofiq Rzayev “Kəhraba kaleydoskopu” beynəlxalq milli mədəniyyətlər forumunda iştirak edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, tədbir Rusiyanın Kalininqrad vilayətinin Zelenoqrad şəhərində, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Rusiya Mədəniyyəti Fondunun dəstəyi ilə keçirilib. Forumda iştirakçılar elmi-praktik hissədə, görüşlərdə, sərgi və master-dərslərdə iştirak ediblər.
Milli mədəniyyətlərin daha çox təmsil olunması üçün tədbirə müxtəlif xalqların nümayəndələri dəvət olunublar.
ASK-ın nümayəndəsi T.Rzayev görüşdə Rusiya-Azərbaycan iqtisadi əlaqələri, biznes-görüşlərin təşkili, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Rusiyanın biznes təşkilatları arasındakı əməkdaşlıqlar barədə məlumat verib.