İQTİSADİYYAT
Sahibkarlar Qaqauziyada keçiriləcək sərmayə forumuna dəvət olunurlar
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Qaqauziyada keçiriləcək beynəlxalq sərmayə forumuna dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, noyabrın 4-5-də Qaqauziyada "İnvest Qaqauziya-2017" III beynəlxalq sərmayə forumu keçiriləcək.
Bu il Qaqauziyada azad sahibkarlıq zonası statuslu iki yeni investisiya meydançası açılıb. Ötən ildən muxtariyyət ərazisində investisiyalar haqqında regional qanun qüvvədədir. Bunlar regionu ixrac, sənaye istehsalı və investisiya qoyuluşu baxımından cəlbedici edir. İştirakçılar investisiya forumunda region haqqında, eləcə də investisiya imkanları barədə məlumatlar əldə edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]