İDMAN
Şahmat üzrə məktəblilərin dünya çempionatı keçirilir
Bakı, 13 may (AZƏRTAC). Yunanıstanın Halkidiki şəhərində məktəblilərin dünya çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, çempionatın çərçivəsində yeddinci turun oyunların nəticələrinə görə 7 yaş oğlanlar arasında şahmatçımız Ümüd Aslanov, 9 yaş oğlanlar arasında isə Əhməd Əhmədzadə hər ikisinin hesabında 5,5 xalla qrupları üzrə 4-cü yerdədirlər.
Yarışda 9 yaşlı qızlar arasında FİDE ustalığa namizəd Mələk İsmayıl 7 mümkün xaldan 5,5 xal toplayaraq liderlər qrupundadır.
11 yaş oğlanlar arasında FİDE ustası Abdulla Qədimbəyli hesabında 6 xalla üçüncü yeri, Məhəmməd Muradlı, Fərid Aslanov və Rəvan Əliyev hərəsinin hesabında 5 xalla 5-9 yerləri bölüşdürmüşlər. Eyni yaş qızlar arasında isə Aytac Heydərova 5 xal toplayaraq 5-ci yeri tutmuşdur.
13 yaşlı qızlar arasında şahmatçımız Xanım Balacayeva, 15 yaşlı qızlar arasında isə Nərmin Məmmədova 5 xalla 4-cü pillədə qərarlaşmışlar.
Miradil Zeynallı 5,5 xal toplayaraq 15 yaş oğlanlar arasında 2-ci yerdədir.
17 yaş qızlar arasında Bikəxanım Zamanova 5 xalla 2-ci yerə, Aytən Əmrayeva 4,5 xalla 5-ci yerə sahiblik edirlər.