REGİONLAR
Salyanda 3 min tondan çox meyvə tədarük olunub
Salyan, 9 dekabr, Mahir Babayev, AZƏRTAC
İlin 11 ayı ərzində salyanlı bağbanlar becərdikləri 944 hektar meyvə bağından 3 min tondan çox məhsul tədarük ediblər.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ilin 11 ayında meyvə bağlarından 3 min 477,9 ton meyvə tədarük olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 107,2 ton çoxdur. Yığılan məhsulun 325 tonunu xurma, 2 min 198,2 tonunu nar, 285 tonunu heyva, 71,1 tonunu alma, 44,8 tonunu armud, 40,4 tonunu ərik, 75,6 tonunu alça, 47,5 tonunu şaftalı, 54,7 tonunu gilas, 67 tonunu albalı, 29,7 tonunu isə digər meyvələr təşkil edib. Həmçinin məhsul istehsalçıları sahələrdən 173,5 ton giləmeyvə də toplayıblar. Rayonun Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları meyvə tədarükündə xüsusi ilə fərqləniblər.