REGİONLAR
Salyanlı fermerlər arpa sahələrinin hər hektarında 29,5 ton məhsul götürüblər
Salyan, 5 iyul, Mahir Babayev, AZƏRTAC
Salyanda arpa biçini başa çatıb. Biçinə mütəşəkkil başlayan taxıl istehsalçıları qısa müddətdə 12 min 835 hektar arpa zəmisinin məhsulunu yığıblar. Sahələrdən 36 min 907 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 29,5 sentnerə çatıb ki, bu da ötən ildəkindən 2 sentner çoxdur.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda buğda sahələrinin məhsulu yığılır. Artıq 9 min 743 hektar buğda zəmisinin 5 min hektarının məhsulu toplanılıb. Biçin aparılmış sahələrdən 18 min 323 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 34 sentnerə çatır.
Qeyd edək ki, ötən il salyanlı fermerlər taxıl sahələrindən 63 min ton məhsul yığıblar. Mütəxəssislərin fikrincə, bu il sahələrdən 70 min tona yaxın məhsul götürüləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]