ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb
Bakı, 17 yanvar, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, son 24 saat ərzində CH HSS təsirləri ilə əlaqədar geomaqnit sahə sakit və aktiv şərait arasında dəyişib. Yanvarın 19-dək M sinif alışmaların baş verməsi və bununla əlaqədar olaraq R1-R2 (zəif-orta) radio kəsilmələrin olması ehtimalı ilə birlikdə Günəş fəallığının aşağı səviyyədə olacağı gözlənilir. Enerjisi 2 MeV-dən böyük elektron selinin orta ilə yüksək səviyyə arasında dəyişməsi, enerjisi 10 MeV-dən böyük proton selinin isə fon səviyyədə qalacağı proqnozlaşdırılır.
CH HSS təsirlərinin davam etməsi ilə əlaqədar olaraq yanvarın 18-dək Günəş küləyində gücləndirilmiş şəraitin olacağı gözlənilir.
Yanvarın 18-də CH HSS təsirinin zəifləməsi ilə geomaqnit sahənin sakit və qeyri-stabil səviyyə arasında (Kp=2-3) dəyişəcəyi, yanvarın 19-da geomaqnit sahədə sakit şərait proqnozlaşdırılır (Kp=1-2).