DÜNYA
Saqrada Familiya məbədinin hündürlüyü 100 metrdən çox olacaq
Madrid, 22 sentyabr, AZƏRTAC
Barselonadakı Saqrada Familiya məbədində tikinti işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, gələn həftə İsa qülləsində hündürlüyü altı metr olan böyük daş plafonlar quraşdırılmasına başlanacaq. Qüllənin ümumi hündürlüyü 172,5 metr olacaq. Beləliklə, məbəd şəhərdə Kolserola teleqülləsindən sonra ən uca binaya çevriləcək.
Məbədin baş memarı Jordi Faulinin sözlərinə görə, 60 metrlik qüllənin içərisində panoramlı lift quraşdırılacaq. Qüllənin içərisində kainatın mənzərəsi çəkiləcək. Binanın yuxarı hissəsində açıq rəngli naxışlar yaradılması işləri başlanıb. Yerə yaxınlaşdıqca bu naxışlar tündləşəcək. İnteryerin dizaynını yapon heykəltəraş Etsuro Sotoo hazırlayacaq. Bu dizaynı panoramlı liftdən görmək mümkün olacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]