Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Sarayevoda “Xocalı: 25 il davam edən matəm və ədalətə doğru aparan yol” adlı beynəlxalq elmi konfrans keçirilib VİDEO

Sarayevo, 25 fevral, AZƏRTAC

Fevralın 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiyada, Bosniya və Herseqovinada və Monteneqrodakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Beynəlxalq Sarayevo Universitetində “Xocalı: 25 il davam edən matəm və ədalətə doğru aparan yol” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Azərbaycandan elm adamları, beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, qeyri-hökumət təşkilatları, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Buxarestdə yerləşən Münaqişələrin Qarşısının Alınması Mərkəzinin rəhbəri professor Yulian Çifu, Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov, Beynəlxalq Sarayevo Universitetinin dekanı professor Mətin Boşnak, Milli Məclisin deputatı, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç, serbiyalı jurnalist Slobodan Samarciya, Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə və Monteneqronun sabiq vitse-prezidenti, hüquqşünas Azra Yasaviç konfransda spiker qismində çıxış ediblər.

Natiqlər çıxışları zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladaraq, Xocalıda törədilən bu cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu, bu siyasətin əsasında ermənilərin irqi üstünlüyünü və azərbaycanlılara qarşı nifrəti aşılayan njdeizm ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı cinayəti kimi tövsif edilməli olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıdığını birmənalı qeyd ediblər.

Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov çıxışında konfrans iştirakçılarına Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi və mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi barədə məlumat verib. O, Bosniya və Herseqovina parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü il fevralın 26-da məhz Xocalı qətliamı törədilən gün “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbulunu minnətdarlıqla xatırlayıb. O, qətnamədə Xocalıdakı hadisələrə siyasi qiymətin verildiyini qeyd edərək, bu kimi sənədlərin, çağırış və bəyanatların beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olduğunu bildirib.

Deputat Rövşən Rzayev çıxışı zamanı Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın işğal olunmuş digər ərazilərində törətdikləri cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadıqlarını bildirib. Daha sonra R.Rzayev ötən ilin noyabrında Bakıda üç erməni və üç azərbaycanlı ilə birlikdə “Ermənistan-Azərbaycan Sülh Platforması”nın yaradılması barədə məlumat verib. O, sülhün alternativinin olmamasını qeyd edərək, bu platforma vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli nizamlanmasına töhfənin verilməsinin mümkün olacağına ümidini ifadə edib. Millət vəkili Bosniya və Herseqovina ictimaiyyətini bu platformaya qoşulmağa və ona dəstək olmağa çağırıb.

Konfrans zamanı çıxış edən Y.Çifu Xocalıda azərbaycanlılara qarşı dəhşətli cinayətlərin baş verməsindən, Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməklə torpaqlarını işğal etməsindən və qeyri-qanuni siyasi məqsədlər güdməsindən danışıb. O, sərhədlərin reviziyasının məqbul olmadığını və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinin təmin olunmasının vacibliyini vurğulayıb.

Serbiyalı spiker Slobodan Samarciya öz çıxışında dünya mətbuatının, müstəqil jurnalistlərin və qeyri-hökumət təşkilatlarının Xocalı soyqırımına reaksiyası barədə danışaraq, bu məlumatların www.justiceforkhojaly.org saytında sistemləşdirilib yerləşdirildiyini və gələcəkdə cinayətkarların ədalət mühakiməsi üçün zəruri material kimi nəzərdən keçirdiyini bildirib.

Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin direktoru S.Mirzəzadə çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı dinc əhaliyə qarşı törətdikləri cinayətləri njdeizm ideologiyasının fəsadları kimi qiymətləndirib.

Konfransın sonunda tədbir iştirakçıları dünya ictimaiyyətinə, BMT, Avropa İttifaqı, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul ediblər. Bəyanatda konfrans iştirakçıları Ermənistan silahlı qüvvələrinin Xocalıda 25 il öncə xüsusi qəddarlıq və amansızlıqla törətdikləri soyqırımını pisləyib, bu cinayətlərə dair kifayət qədər dəlil və sübutların olduğunu vurğulayıblar. Xocalı soyqırımı barədə dünyada məlumatlılığın artması istiqamətində və bu xüsusda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılan işlər təqdirəlayiq hesab edilib. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Xocalıda törədilən cinayətlərə hüquqi-siyasi qiymət verməyə və cinayətkarları cəzalandırmağa, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə ədalətli həlli məqsədilə səyləri səfərbər etməyə çağırılıb.

Konfrans iştirakçıları həmin gün Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini yad ediblər.

Həmçinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Beynəlxalq Sarayevo Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto və rəsm sərgisi təşkil olunub. Sərgidə Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda əsaslı təmir edilmiş kor və məhdud qabiliyyətli uşaqlar üçün Mərkəzin şagirdləri tərəfindən çəkilmiş rəsmlər də nümayiş etdirilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Sarayevoda “Xocalı: 25 il davam edən matəm və ədalətə doğru aparan yol” adlı beynəlxalq elmi konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO