Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Səbail rayonunun orta məktəblərində yeni dərs ilinə başlanılmışdır

Səbail rayonunun orta məktəblərində yeni dərs ilinə başlanılmışdır

Bakı, 16 sentyabr (AZƏRTAC). Bilik günü ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 18 orta məktəbdə dərslərə başlanılmışdır.

Səbail Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a verilən məlumata görə, 189 nömrəli orta məktəbdə hazırda 1.100 şagird təhsil alır, 150 müəllim onlara dərs deyir. Bilik günü münasibətilə keçirilən tədbirdə məktəbin direktoru, Əməkdar Müəllim Ceyran Quliyeva keçən tədris ilində kollektivin qazandığı uğurlar barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu tədris ilində məktəbi bitirmiş 42 məzunun 32-si müxtəlif ali məktəblərə, o cümlədən 2 nəfər xarici ali məktəblərə daxil olmuşdur. Keçən dərs ili ərəfəsində əsaslı təmir olunmuş məktəb binasında müasir təhsil üçün hər cür şərait yaradılmış, məktəb lazımi avadanlıq və dərs vəsaitləri ilə tam təmin olunmuşdur.

C.Quliyeva yeni təhsil müəssisələrinin tikintisi və əsaslı təmir olunmasını, burada müasir standartlara uyğun şəraitin yaradılmasını ölkə rəhbərliyi tərəfindən Azərbaycan təhsilinə böyük diqqət və qayğı kimi qiymətləndirmiş və bu işlərə görə Prezident İlham Əliyevə məktəb kollektivi adından dərin təşəkkürünü bildirmişdir.

Dövlət Proqramına uyğun olaraq bu il şəhərin mərkəzindəki 190 nömrəli orta məktəbin idman və akt zalları yerləşən korpusu əsaslı təmir olunmuşdur. Məktəblə tanışlıq zamanı məktəbin direktoru, Əməkdar Müəllim Afət Bakıxanova qeyd etmişdir ki, korpusun damı mansard şəklində qurularaq bura dəmir örtük vurulmuş, elektrik, su və kanalizasiya xətləri yeniləşmiş, köməkçi otaqlar əsaslı təmir olunmuşdur. İdman zalı da əsaslı təmir olunaraq lazımi ləvazimatlar və avadanlıqla təchiz olunmuşdur.

A.Bakıxanova bildirmişdir ki, bu il məktəbi bitirmiş məzunlardan 52 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 9-u xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olmuşdur. Məzunlardan 4 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamış, 2 məzunu “Qızıl medal”a layiq görülmüş, məktəbin müəllimi Nərgiz Məmmədova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında olmuşdur. O, təhsilə diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirərək, pedaqoji kollektiv adından vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində əllərindən gələni əsirgəməyəcəklərini vurğulamışdır.

Dövlət Proqramının icrasına uyğun olaraq bu ilin may ayında hazırda 980 şagirdin təhsil aldığı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin əsas binasının əsaslı təmirinə başlanılmışdır.

Dörd mərtəbəli binada 27 sinif, 2 kompyuter otağı, 3 laboratoriya, yardımçı otaqlar, bufet, sanitariya qovşaqları əsaslı təmir olunmuşdur. Məktəb binası yeni mebel, avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunmuşdur.

“Sahil bağı”nda qeyd olunan Bilik günü tədbirində çıxış edən məktəbin direktoru Gülnaz Mehdizadə burada aparılan təmir-abadlıq işləri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ötən il məktəbin 3 məzunu “Qızıl medal”a layiq görülmüşdür. Bu il məktəbi bitirmiş 48 məzundan 30 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 4-ü xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olmuşdur. Məzunlardan 3 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdır.

Məktəb bir sıra layihələrin, o cümlədən elektron məktəb, ingilis dilinin intensiv tədrisi, 61 ölkəni birləşdirən Beynəlxalq İnnovativ Məktəb və s. layihələrin iştirakçısıdır.

Gülnaz Mehdizadə böyük ənənələri olan məktəbdə təhsilə yaradılan şərait üçün ölkəmizin başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Yeni dərs ilinin başlanmasına həsr olunan tədbirlərdə iştirak edən Səbail RİH-in başçısı Asif Əsgərov əsaslı təmirdən sonra istifadəyə verilmiş məktəblərin kollektivlərini təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. A.Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən təhsilə diqqət və qayğılarından danışmışdır. Bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmir işləri aparılmış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşdur.

Natiq rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq demişdir ki, orta məktəbləri bitirmiş 1.458 nəfərdən 927-i tələbə adını qazanmış, abituriyentlərdən 121 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 88 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur. 19 məzun qızıl medala layiq görülmüşdür.

Prezident İlham Əliyevin “2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” sərəncamına görə Səbail rayonu 6 nömrəli tam orta məktəb və 160 nömrəli Klassik Gimnaziya artıq ikinci dəfədir ki, qaliblər sırasında olmuşdur. Bu il keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri arasında isə rayonun 6 nəfər müəllimi də vardır.

Cari ilin yay aylarında “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planına əsasən 900 şagirdin təhsil aldığı 7 nömrəli pilot məktəbi və 1.900 şagirdin təhsil aldığı 163 nömrəli orta məktəbin binaları, 190 nömrəli orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunmuşdur. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunmuşdur. Həmçinin Bibiheybət qəsəbəsindəki 70 nömrəli uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağının tikintisi başa çatdırılmışdır.

20-ci yaşayış sahəsində yerləşən “Turac” uşaq bağçasında möhkəmləndirmə işləri aparılmış, hazırda əsaslı təmir işləri davam etdirilir.

A.Əsgərov Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafında əvəzsiz xidmətlərindən söz açmış, fondun dəstəyi ilə görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, yay aylarında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı təmir aparılmış və hazırda son tamamlama işləri gedir.

Ənənəvi Bilik günü tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-in məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub