ELM VƏ TƏHSİL
SEÇKİLƏRİN YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLMƏSİ ƏSAS ŞƏRTDİR
AZƏRTAC xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» Sərəncamına müvafiq olaraq, 77 saylı Astara seçki dairəsinin inzibati binasında rayonda fəaliyyət göstərən 50 mənəqə seçki komissiyası üzvləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış tədris kursunda səslənmişdir.
Üç gün davam edən təlim məşğələlərində rayon məhkəməsinin sədri, rayon prokuroru, dairə seçki somissiyasının sədri və icra hakimiyyəti aparatının məsul işçiləri «Azərbaycan Respublikasında Seçki Məcəlləsi, əsas anlayış və prinsiplər, seçki hüququnun təminatı», «Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının əsasları», «Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri», «Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin hesablanması», «Seçkilərlə əlaqədar məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili», «Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri» mövzularında məruzələrlə çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.