Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Səfəvi hökmdarı I Şah Abbasın dövründə inşa olunan tarixi-mədəni irsimizin yadigarı – Qazançı körpüsü

Naxçıvan, 6 dekabr, Rauf Kəngərli, AZƏRTAC

Orta əsrlərdə əhaliyə və ərazidən keçən ticarət karvanlarına xidmət etmək məqsədilə Naxçıvanda bir çox körpülər salınıb. Onlardan bir hissəsi bu günədək salamat qalsa da, dağılmış vəziyyətdə olanlar da var. Bu gün tarixi abidələrə göstərilən yüksək dövlət qayğısı nəticəsində aparılan təmir-bərpa işləri onlardan da yan keçmir, bərpa olunaraq yenidən həyata qaytarılır. Belə körpülərdən biri də muxtar respublikanın böyük çaylarından olan Əlincəçay üzərində orta əsrlər zamanı Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində inşa edilmiş biraşırımlı körpüdür.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyib.

Fəxrəddin Səfərli qeyd edib ki, qədim Naxçıvan Böyük İpək Yolunun və onun qollarının keçdiyi əsas ərazilərdən biri olub. Orta əsrlər zamanı bu yol, əsasən, Ordubad ərazisindən başlayaraq Araz boyu qərbə doğru uzanaraq Sədərəyə qədər gedib, oradan Türkiyə ərazisinə daxil olub. Həmin yoldan istifadə edən ticarət karvanları, həm də əks-istiqamətə - Şərqə doğru gediblər. Həmçinin çayboyu gedib-gələn karvanlar müəyyən yerlərdə Araz çayını keçərək cənuba, eyni zamanda, şimala doğru da hərəkət ediblər. Həmin dövrdə çaylar üzərində inşa edilən körpülər karvanların, o cümlədən yerli əhalinin gediş-gəlişini xeyli asanlaşdırıb. Qazançı körpüsü də bu məqsədlə tikilib.

AMEA-nın müxbir üzvü bildirib ki, körpü Qazançı kəndindən keçən, qərbə və şərqə hərəkət edən, Ordubad ərazisində Böyük İpək Yolunun əsas marşrutlarına birləşən ticarət karvanlarına və əhaliyə xidmət göstərib. Şərq memarlığı üslubunda inşa edilən və Azərbaycan ərazisində zəmanəmizədək müəyyən qədər salamat vəziyyətdə gəlib çatan biraşırımlı körpülərin möhtəşəm nümunələrindən olan bu abidənin üzərində epiqrafik sənəd - kitabə olmadığı üçün onun inşa tarixi haqqında dəqiq elmi fikir söyləmək mümkün deyil. Ancaq tikinti texnikasına və memarlıq-konstruktiv quruluşuna əsasən körpünü XVII əsrin əvvəllərinə, Səfəvi hökmdarı I Şah Abbasın dövrünə (1587-1629-cu illər) aid etmək olar.

“Körpünün eni 3,55 metr, uzunluğu 10,85 metr, hündürlüyü 8,8 metrdir. Yerli əhali arasında “Qozbel körpü” adı ilə tanınan bu körpü zəmanəmizədək nisbətən salamat vəziyyətdə gəlib çatıb. Nəqliyyat üçün yararsız olsa da, müşahidələrimizə əsasən deyə bilərik ki, çayda suyun çox olduğu vaxtlarda həmin ərazidə hərəkət edən insanlar və heyvan sürüləri bir sahildən o biri sahilə keçmək üçün körpüdən yararlanırlar. Körpü az yonulmuş çapma daşlardan inşa olunmuş, tağların haşiyəsi və arxivoltu (körpünün tağını çərçivəyə alan çıxıntılı haşiyə) təmiz yonulmuş qumdaşı ilə işlənib. Buna görə də tağın kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır”, - deyən AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru bildirib ki, körpü Azərbaycanın “qozbel” körpülər tipinə aiddir. Körpünün dayaqları çayın sahillərində təbii özüllər - iri qayalar üzərindədir. Çay yataqlarındakı qayalar davamlı təbii özüllər olduğundan körpülər inşa edilərkən onların konstruktiv sistemi bu möhkəm dayaqlar arasında qurulan tağbənd aşırımlardan yaradılırdı. Qaya özüllər həm də körpünü olduğu yerə, təbii landşafta birbaşa bağlayırdı. Bu zaman körpünün orta üfüqi hissəsi, bir qayda olaraq, pandus (tikintilərdə pilləkən əvəzinə istifadə edilən maili müstəvi) şəklində sahilə enirdi. Bu forma azaşırımlı körpülərə “qozbel” biçimi verirdi. Belə biçim təbiətə bağlılıq, tikinti materiallarına qənaət baxımından əlverişli olmaqla, körpünü aramsız sellərə qarşı daha dayanıqlı edirdi. Xalqımızın keçmiş körpüsalma ənənələrini və təcrübəsini parlaq əks etdirən Qazançı körpüsü də bu tələblərə uyğun inşa edildiyindən elmi ədəbiyyatda və xalq arasında “Qozbel körpü” kimi dəyərləndirilir.

Fəxrəddin Səfərəli deyib: “Körpü zaman keçdikcə təbii qüvvələrin təsirindən, xüsusilə keçən yüzilliklərdə baxımsızlıqdan aşınmalara məruz qalıb, bəzi yerləri uçub dağılıb. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı ilə 2018-ci ilin iyul ayından körpüdə bərpa işlərinə başlanılıb. Ötən müddət ərzində burada bir sıra işlər görülüb, ilk növbədə, Naxçıvan-Ərəfsə yolundan körpünün yerləşdiyi əraziyə asfalt yol çəkilib. Yeni çəkilən yolun kənarlarında sürüşmənin qarşısını almaq, güclü sel sularının yaranması zamanı körpünün təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər həyata keçirilib. Körpünün ətrafında 120 metr sahilbərkitmə işləri aparılıb. Dəmir-betondan 50 metr uzunluğunda istinad divarı salınıb və onun üzəri dağ daşları ilə üzlənilib”.

Həmsöhbətimiz qeyd edib ki, tikintisində müxtəlif həcmli çay və dağ daşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilən biraşırımlı körpünün bərpası zamanı yükdaşıyan hissəsinin aşınmış daşları dəyişdirilərək yenisi ilə əvəz olunub, daşların arası tamamilə təmizlənərək əhəng məhlulu ilə yenidən bərkidilib. Körpünün şimal tərəfdən yol ilə birləşən hissəsi orijinallığı saxlanılmaqla bərpa edilib. Nəticədə, körpünün uzunluğu ilkin şəklinə, yəni 50 metrə çatdırılıb. Bütün bu işlərin yerinə yetirilməsində yerli dağ daşlarından istifadə olunub. Ümumiyyətlə, Qazançı kəndinin cənub tərəfində yerləşən və kəndin adı ilə “Qazançı körpüsü” adlandırılan bu memarlıq abidəsi orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olunub, onun əvvəlki görkəmi özünə qaytarılıb.

Körpüdə aparılan bərpa işlərinin bu ilin noyabr ayında başa çatdırıldığını qeyd edən AMEA-nın müxbir üzvü deyib ki, həmin ayın 30-da Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib, körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Tanışlıq zamanı Ali Məclisin Sədri muxtar respublikada bərpa olunmayan tarixi abidələrin müəyyən edilməsi və onlarda bərpa işlərinin aparılması, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən Qazançı körpüsü haqqında tarixi mənbələrdən məlumatların toplanılması və monoqrafiya şəklində nəşr olunması, Qazançı körpüsü haqqında materialların və fotoşəkillərin internetdə yerləşdirilməsi və tanıdılması barədə tapşırıqlar verib.

Beləliklə, muxtar respublika ərazisində zəmanəmizədək gəlib çatan daha bir tarixi abidəyə - Qazançı körpüsünə yeni həyat verilib, körpünün orta əsrlər zamanı və sonrakı dövrlərdə Qazançı kəndinin və ətraf yaşayış məskənlərinin əhalisinin həyatında oynadığı rol özünə qaytarılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək VİDEO