Şəhidlər heç zaman ölməz
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycanımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin növbəti ildönümünü qeyd edirik. Dərin hüznlə, eyni zamanda, ölməz qəhrəmanlarımız olan şəhidlərimizlə qürur hissi duyaraq!.
Bu sözləri Şəhidlər xiyabanına gəlmiş paytaxt sakini Yusif Abbasov AZƏRTAC-a müsahibəsində bildirmişdir.
Yusif Abbasov demişdir ki, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarımız hər zaman bizim qəlbimizdədir. Bu bizim qəhrəmanlıq tariximizdir. 20 Yanvar kimi dəhşətli bir faciəni yaşamış Azərbaycan xalqı hər zaman zülmə qarşı mübarizə aparanların yanındadır.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 23 il keçir. Mən bir Azərbaycan övladı kimi özümə borc bilirəm ki, hər il gəlib şəhidlərimizin ruhunu yad edim. Şəhidlər heç zaman ölməz. Allah onlara rəhmət eləsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]