Şəhidlər həmişə bizimlədir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Məmməd Səid Ordubadinin ev-muzeyində “Şəhidlər həmişə bizimlədir” mövzusunda anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ev-muzeyin Dövlət Din Tarixi Muzeyi ilə birgə təşkil etdiyi tədbir 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmişdir.
Tədbirdə ev-muzeyin direktoru Lalə Abaszadə bildirmişdir ki, 20 Yanvar xalqımızın azadlıq uğrunda mübarizəsinin başlanğıcı, xüsusilə gənclərimizin qəhrəmanlıq salnaməsidir. Həmin gün qara qüvvələr xalqımızı əzmək, gənclərin azadlıq ruhunu qırmaq istədilər. Lakin onlar özləri də bilmədən xalqımızın azadlıq məşəlini bir az da alovlandırdılar.
Bildirilmişdir ki, şəhidlərimizin müqəddəs xatirəsi gənc nəslin hafizəsində əbədi yaşayacaqdır.
Sonda məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]