ŞƏHİDLƏRİN XATİRƏSİ ƏBƏDİDİR
Bakı, 21 yanvar (AZƏRTAC). Odlar Yurdu Universiteti nəzdində fəaliyyət göstərən Bakıda Britaniya məktəbində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Bakıda Britaniya Məktəbindən bildirmişlər ki, mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun ölkəmizdə törətdiyi qanlı cinayətlərdən danışmışlar.
Qara Yanvarın xalqımızın qan yaddaşından silinməyəcəyini qeyd edən natiqlər, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsinin əbədi yaşayacağını vurğulamışlar.
Sonra tədbir iştirakçıları şagirdlərin 20 Yanvara həsr etdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]