Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səhiyyə müəssisələri ilə elmi-tədqiqat institutlarının birgə əməkdaşlıq şəraitində işləməsi faydalı nəticələr verir VİDEO

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, akademiyanın Rəyasət Heyətinin binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər akademiyanın müxtəlif qurumlarla, nazirlik və dövlət komitələri ilə müştərək tədbirlər keçirməsinin artıq ənənə halı aldığını deyib. Akademik Azərbaycanda molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi və elektron tibb sahəsində görülən işlərdən, biotexnologiya, kök hüceyrələri və nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacibliyindən bəhs edib.

AMEA prezidenti ölkəmizdə səhiyyə sahəsində xeyli işlər görüldüyünü, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahəsində mühüm uğurlar əldə olunduğunu bildirib: “Hazırda ölkəmizin səhiyyə sistemində islahatlar aparılır, tibb elminin ən son yenilikləri, klinikalarda texnoloji innovasiyalar, müasir müalicə üsulları tətbiq edilir, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlər görülür. Ona görə indiki vaxtda elmin üzərinə xüsusi vəzifələr düşür. Elm həyata keçirilən bütün islahatların önündə getməli, yeni biliklərlə səhiyyənin perspektiv inkişafını daim stimullaşdırmalıdır. Sessiyanın keçirilməsinin əsas hədəflərindən biri də elmin həmin proseslərdə rolunu artırmaqdan ibarətdir”.

Akademiyanın prezidenti çıxışında tibb və fundamental elmin çox yaxın sahələr olduğunu qeyd edib, çünki təbabət fundamental elmin inkişafı qarşısında bir sıra məsələlər qoyur və onun inkişaf etməsinə yardımçı olur. Son illər səhiyyədə mövcud olan problemlərin süni intellektlə həllinə əsaslansaq, elmi tədqiqatların gələcək inkişafının bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlı olacağını demək olar. Tibb sahəsində kompüter texnologiyaları daha geniş istifadə olunmalıdır.

Akademik Azərbaycanda uzunömürlülərin sayının çoxaldığını qeyd edərək akademiya və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə müştərək uzunömürlülük laboratoriyasının yaradılmasının mümkünlüyünü söyləyib.

Elmi sessiyada AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” mövzusunda çıxış edərək son illər ölkəmizin səhiyyə, o cümlədən tibb elmi və təhsili sahələrinin beynəlxalq miqyasa çıxdığını, həmin sahələrin inkişafına əlverişli şərait yaradıldığını və nəticədə yeni tədqiqat imkanlarının açıldığını diqqətə çatdırıb. O, tibb elminin inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin, tibb elminin inkişafında görkəmli alimlər - Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov və Əziz Əliyevin böyük rolu olduğunu, İvan Şirokoqonov, Zərifə Əliyeva, Abdulla Qarayev, Tağı Şahbazi, Cəlil Hüseynov və başqa alimlərin ölkə elmi və səhiyyəsinə böyük töhfələr verdiyini xüsusi qeyd edib.

Alim öz məruzəsində dünyada orta yaşın dinamikası, genomika, molekulyar biologiya, hüceyrə texnologiyaları və digər prioritet istiqamətlər, o cümlədən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında elmi fəaliyyətin əsas istiqamətləri haqqında məlumat verib, periferik sinirlərin mikroskopik səviyyədə tədqiqi, Naftalan neftinin və digər mənbələrin klinik-eksperimental tədqiqi, eləcə də bir sıra xəstəliklərin öyrənilməsi istiqamətində əldə olunan uğurlardan danışıb. Alimin qənaətinə əsasən, hazırkı mərhələdə konkret məqsəd əhalinin sağlamlığının qorunması üçün elmi tədqiqatları innovativ yüksək texnologiyaların yaradılmasına və tibbi praktikada tətbiqinə yönəltməkdir. Həmçinin, o, elmi tədqiqat resurslarını prioritet istiqamətlərdə cəmləmək, tədqiqat mərkəzlərini müasirləşdirmək, multidisiplinar tədqiqat qrupları yaratmaq və mövcud mərkəzlərdən səmərəli istifadə etmək üçün araşdırmalar aparmağı əsas məqsəd kimi vacib sayıb.

Akademikin fikrincə, ölkəmizdə bir çox patologiyanın aradan qaldırılmasında istifadə olunan kök hüceyrələri üzrə geniş tədqiqat işləri aparılmalı, kök hüceyrə mərkəzi yaradılmalı və bununla əlaqədar ortaq proqram hazırlanmalıdır. Bundan əlavə, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında tibb üzrə təhsil müəssisələrinin baza kafedralarının yaradılmasını təklif edən akademik azərbaycanlı alimlərin yerli və beynəlxalq qrantlardan yararlanmalı olduğunu xüsusi qeyd edib.

Elmi sessiyada Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin “Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri”, AMEA-nın müxbir üzvü Nuru Bayramovun “Kök hüceyrə üzrə tədqiqatların klinik praktikada əhəmiyyəti”, Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun “Onkoloji və ürək xəstələrinin diaqnostikası və müalicəsində nüvə tibbinin rolu”, AMEA Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımovanın “Azərbaycanda uzunömürlülük fenomeni: tibbi-bioloji və demoqrafik aspektləri”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımovun “Azərbaycanda qeyri-infeksion xəstəliklərin tibbi-sosial və iqtisadi aspektləri”, akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun “Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti” mövzularında məruzələri dinlənilib.

Sonra AMEA-nın Biofizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, akademiyanın müxbir üzvü Oqtay Qasımov özünün çalışdığı yeni yaradılmış institutunun gördüyü işlər və apardığı tədqiqatlar barədə məlumat verib, biofizikanın tibbi əhəmiyyətindən bəhs edib. Professor institutun tərkibində İnteqrativ Biologiya Laboratoriyasının yaradıldığını, burada xərçəng və digər xəstəliklərlə əlaqədar prinsipial genetik faktorların təyin edilməsi və xəstəliklərin gedişatının proqnozlaşdırılması üçün tədqiqatların aparıldığını bildirib.

Səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək fəaliyyət sahələri çox yaxın olan iki qurumun keçirdiyi birgə tədbirin əhəmiyyətindən danışıb. Nazir deyib ki, səhiyyənin inkişafı üçün müxtəlif elm sahələrində əldə edilən uğur və yeniliklərdən daim istifadə edilir. Hazırda ölkə səhiyyəsində ardıcıl islahatlar aparılır, elmi tədqiqatların səviyyəsini yüksəltmək üçün tibb müəssisələrin maddi-texniki bazası təkmilləşdirilir, unikal elmi cihazlar tətbiq edilir, tədqiqat institutlarında kadr hazırlığı yaxşılaşdırılır.

Tibb sahəsi üçün aktual olan bir sıra məsələlərə toxunan nazir səhiyyə sahəsi üçün əhəmiyyətli dövlət proqramlarının icrasından, ölkə səhiyyəsinin mövcud vəziyyətindən, regionlarda tikilib istifadəyə verilən müasir tibb müəssisələr və diaqnostika mərkəzlərinin fəaliyyətindən danışıb, həyata keçirilən unikal əməliyyatlar barədə məlumat verib. Səhiyyənin inkişafında elmi-tədqiqatların rolunu və elmi-tədqiqat institutlarının xidmətlərini xüsusi qeyd edən nazir güclü tibb müəssisələrinin potensialından istifadə etmək üçün əməkdaşlıq və müqavilələrin vacibliyini diqqətə çatdırıb.

Elmi sessiyada respublikada tibb elminin və səhiyyənin inkişafı ilə əlaqədar zəruri olan bir sıra istiqamətlər üzrə gələcəkdə AMEA və Səhiyyə Nazirliyi arasında daha səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması və tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Səhiyyə müəssisələri ilə elmi-tədqiqat institutlarının birgə əməkdaşlıq şəraitində işləməsi faydalı nəticələr verir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib