CƏMİYYƏT
Şəkidə biçilmiş taxıl sahəsindəki küləşi yandıran şəxs saxlanılıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Şəki şəhərinin Cumakənd kəndi ərazisində sakinlərə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın söndürülüb, xəsarət alan olmayıb.
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib. Yanğını törətməkdə şübhəli bilinən Baş Layısqı kənd sakini İdris Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]