MƏDƏNİYYƏT
Sənət adamlarına Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub
Bakı, 8 sentyabr, AZƏRTAC
Avqustun 8-də mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli sənətşünas, professor, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevil Bədəlova və rəssam, dosent, sənətşünaslıq üzrə elmlər namizədi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rasim Nəzirovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə onlara Azərbaycan mədəniyyəti və incəsənətinə verdikləri töhfələrə, həmçinin zəngin mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğ edilməsindəki rollarına görə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.
Mükafatlandırılan sənət adamları onlara göstərilən xüsusi diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər.