İQTİSADİYYAT
Sentyabrın 1-dən “BakuBus”un 1 nömrəli marşrut avtobusu fəaliyyətə başlayacaq
Bakı, 31 avqust, AZƏRTAC
“BakuBus” MMC-nin 1 nömrəli marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 1 nömrəli marşrut avtobusunun hərəkət cədvəli “Koroğlu” metro stansiyası-Heydər Əliyev prospekti-“28 may” metro stansiyası istiqamətində olacaq. Daha sonra hərəkət cədvəlində dəyişiklik edilən 11 nömrəli marşrutun istiqaməti “H.Aslanov” metro stansiyasından Q.Qarayev prospekti ilə “Koroğlu” metro stansiyası-Ziya Bünyadov prospekti-Ə.Rəcəbli küçəsi-Ak.H.Əliyev küçəsi-“Gənclik” metro stansiyası-Ağaoğlu küçəsi-Xətai prospekti olmaqla əvəz olunub.
38 nömrəli marşrutun yeni xətti Keşlə qəsəbəsi-H.Əliyev prospekti-“Şəfa” stadionu-M.Nərimanov küçəsi-“Ulduz” metro stansiyası-Heydər Əliyev prospekti-A. Nemətulla küçəsi və sonra mövcud xətti ilə əvəz olunub.
136 nömrəli marşrutun xətti “Qara Qarayev” metro stansiyası-“Koroğlu” metro stansiyası-Heydər Əliyev prospekti-Mərdəkan qəsəbəsi-Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz edilib.
184 nömrəli marşrut xətti Suraxanı qəsəbəsi-Heydər Əliyev prospekti-“Koroğlu” metro stansiyası istiqamətində əvəzlənib.
100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıycısının xidmətinə verilib. Dəyişiklik sentyabrın 1-dən qüvvəyə minir.