DÜNYA
Serbiya Prezidenti Aİ-nin Rusiya neftinə qiymət məhdudiyyəti ilə bağlı qərarı dekabrın 1-nə təxirə saldığını bildirib
Belqrad, 7 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq etməklə bağlı qərarı dekabrın 1-nə təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
O, Avropa İttifaqından kənar üçüncü ölkələrə ixrac olunan Rusiya neftinin qiymətinin məhdudlaşdırılmasına dair qərarın dekabrın 1-nə təxirə salındığını açıqlayıb.
Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında Serbiyanın iştirakının əhəmiyyətini qeyd edən A.Vuçiç Aİ liderləri ilə görüşü nəticəsində Rusiyanın üçüncü ölkələrə ixrac etdiyi neftin qiymətinin məhdudlaşdırılması ilə bağlı qərarın dekabrın 1-nə təxirə salındığını bildirib.
Serbiya Prezidenti deyib ki, qarşıdakı dövrdə neftin qiyməti kəskin arta və dizel yanacağı qıtlığı yarana bilər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]