Azərbaycan Dövlət İnformasiya Agentliyi

SERBİYA VƏ ÇERNOQORİYA İTTİFAQININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SVETOZAR MAROVİÇƏ

Hörmətli cənab Prezident,

Serbiya və Çernoqoriya İttifaqının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Serbiya və Çernoqoriya arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

12 mart 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin