Sərdar Ünsal: “Ermənilərin əsl simasını Xocalıda görmək olar”
Bakı, 25 fevral (AZƏRTAC). “Ermənilərin əsl simasını Xocalıda görmək olar”. Bu sözlər “İğdır-Azərbaycan Evi” dərnəyinin rəhbəri Sərdar Ünsalın Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı hazırladığı açıqlamasında öz əksini tapmışdır.
Dərnəyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, S.Ünsal 1915-1920-ci illərdə ermənilərin İğdır ətrafında törətdikləri qırğınların 1992-ci ildə Azərbaycanda da həyata keçirdiklərini vurğulamışdır.
Müəllif bildirmişdir ki, bu gün minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüşdür. Ermənilərin Xocalıda törətdikləri faciə təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli bir cinayətdir.
S.Ünsal beynəlxalq təşkilatların insanlara qarşı yönəlmiş belə bir bəşəri cinayətə indiyədək siyasi-hüquqi qiymət verilməməsinin təəssüf doğurduğunu qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]