ELM VƏ TƏHSİL
ŞƏRQ DİLLƏRİ FƏNLƏRİ ÜZRƏ TEST TAPŞIRIQLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, Şərq dilləri (ərəb və fars dilləri) üzrə elmi-metodiki seminar keçirilmişdir.
Seminarda ali məktəblərə qəbul imtahanlarında şərq dilləri fənləri üzrə həm qrammatik bilikləri, həm də dil materiallarını yoxlamağa imkan verən test tapşırıqları, həmçinin mətn testləri geniş müzakirə edilmişdir.
Müzakirələrdə daha çox məntiqi düşüncəyə əsaslanan, söz ehtiyatı, nəticə çıxarmaq, ümumiləşdirmə aparmaq tələb edən tapşırıqlara üstünlük verilmişdir.
Çıxış edən alim və müəllimlər test tapşırıqlarının tərtibi ilə bağlı fikir və təkliflərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]