Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seyid Şuşinski “Cənnətim Qarabağ” rubrikasında

Bakı, 21 oktyabr, AZƏRTAC

“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Qarabağ xanəndəlik məktəbinin ən görkəmli nümayəndələrindən biri, milli musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış musiqi xadimi, pedaqoq, Xalq artisti Seyid Şuşinskiyə həsr olunub.

Seyid İbrahim oğlu Şuşinski 1889-cu ilin aprel ayının 12-də Şuşa qəzasının Horadiz kəndində doğulub. Seyid nəslindən olan xanəndənin əsl adı Mir Möhsün Ağa Seyid olub. Atası Mir İbrahim təkcə kənddə yox, bütün Qarabağ mahalında böyük hörmətə sahib idi. Balaca Möhsün valideynini çox erkən itirdiyindən əmisinin və xalasının himayəsində böyüyüb. Seyidin tərbiyəsi ilə ciddi məşğul olan xalası Hürzad xanım vaxtı gələndə onu mədrəsəyə yollayır. İlk təhsilini başa vurduqdan sonra xalası ilə birgə el şənliklərinə, məclislərə, dini mərasimlərə gedən balaca Möhsünün qəlbində muğamata olan sevgi toxumları yavaş-yavaş cücərməyə başlayır. Onun bu həvəsinə biganə qalmayan əmisi Məşədi Seyidəli qardaşı oğlunu 1910-cu ildə musiqi beşiyimiz sayılan Şuşa şəhərinə gətirir. Milli ədəbiyyatımıza, musiqimizə, yaxşı bələd olan Seyidəli kişi burada onun təhsili ilə şəxsən məşğul olur. O, Sədi Şirazinin, Məhəmməd Fizulinin, Qasım bəy Zakirin, Molla Pənah Vaqifin qəzəl və şeirlərini uşağa əzbərlədər, ifasına muğam üstündə qulaq asardı. Seyidin bir xanəndə kimi yetişməsində isə Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. Əmisi Seyidəli kişi ilə həm dost, həm də qonşu olan məşhur xanəndə tez-tez bu istedadlı gəncin səsinə qulaq asar ona muğam sənəti barədə öz məsləhətlərini verərdi. Qibtə etdiyi şəxsin - C.Qaryağdıoğlunun canlı ifasını, həmçinin qrammafon vallarını saatlarla dinləyən Seyid onun kimi usta xanəndə olmaq arzusu ilə öz üzərində durmadan çalışırdı. Bu yolda qətiyyətli olan Möhsünün musiqişünas alim, şair Mir Möhsün Nəvvabdan da musiqi təlimi aldığı məlumdur. Onun xanəndə kimi ilk dəfə 1911-ci ildə dəvət olunduğu bir məclisdə “Bayatı Şiraz”la çıxış etdiyi və valehedici səsi ilə muğamı tam oxuyaraq bütün məclis əhlini heyran qoyduğu söylənilir. Bu hadisədən sonra gənc Seyidin ad-sanı bütün el-obaya yayılır. O, sonralar məşhur tarzən Məşədi Cəmil Əmirovla birlikdə Gəncə şəhərinə gedərək orada keçirilən xalq şənliklərində, yığıncaqlarda iştirak edir. Həmin vaxt Gəncədə elə bir toy tapılmazdı ki, Seyidi ora dəvət etməsinlər. Çox çəkmir ki, xanəndənin şan-şöhrəti nəinki Azərbaycanı bürüyür, hətta qonşu ölkələrə də gedib çatır. 1912-ci ildən Tiflisə köçərək, şəhərin azərbaycanlılar yaşayan hissəsində yerləşən mədəniyyət ocaqlarında, klublarda konsertlər verir, əldə olunan gəliri isə peşəkar teatrın inkişafına sərf edir. Ümumiyyətlə Tiflis ədəbi mühiti S. Şuşinskinin həyatında mühüm rol oynayıb. O, burada dahi ədiblər Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev ilə dostluq edib, hətta “Molla Nəsrəddin” satirik jurnalının bir neçə nömrəsinin dərc olunmağına maddi yardım belə göstərib.

S.Şuşinski təkcə xanəndə deyil, həm də istedadlı səhnə ustası idi. Bu istedadlı gəncin xoşbəxtliyi ondan ibarət idi ki, o, dövrünün ən məşhur musiqiçiləri ilə yanaşı həm də tanınmış teatr fədailəri Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Əli Qurbanov, Sidqi Ruhulla kimi sənətkarlarla tanış olaraq Azərbaycan mədəniyyətinin tərəqqisi yolunda birgə çalışırdı. Onlar bir qayə ətrafında birləşərək milli opera sənətinin inkişafı üçün əllərindən gələni əsirgəmirdilər. Belə ki, S. Şuşinski Bakıda, Şuşada, Tiflisdə, Vladiqafqazda, Batumidə, Dərbənddə tamaşaya qoyulan Üzeyir Hacıbəylinin bütün opera və operettalarında baş rolları məharətlə oynayırdı. Eyni zamanda, öz ifa tərzində və səsində Qarabağ xanəndəlik məktəbinin bütün incəliklərini cəmləyən bu muğam ustası dram tamaşalarının da fasilələrində səhnəyə çıxaraq onu dinləyənləri feyzyab edirdi. Onun oxuduğu “Çahargah”, “Nəva”, “Bayatı-İsfahan”, “Humayun”, “Rast”, “Mahur”, “Zabul”, “Şahnaz”, “Məsnəvi”, “Mani”, “Arazbarı”, “Mənsuriyyə”, “Heyratı” kimi muğamları, “Güllü qafiyə”, “Səlbi gərayi”, “Osman gərayi” və s. aşıq havaları bənzərsiz sənət əsərləri kimi musiqi xəzinəmizdə özünəməxsus yer alıb. Dəfələrlə səsyazma cəmiyyəti tərəfindən Kiyev şəhərinə dəvət edilən xanəndənin səsi vallara da yazılıb. Seyidin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi də böyük köməyi olub. Daim yeniliyə can atan xanəndə öz yaradıcılığını yeni keyfiyyətlərlə zənginləşdirməyə çalışıb. O, bir novator sənətkar kimi bir çox muğamları birləşdirib onları yeni variantda oxuyub. Bunlardan “Rast-Humayun”, “Bayatı - Qacar”, “Rahab”, “Şur-Şahnaz”, “Bayatı kürd” dəstgahları diqqətəlayiqdir. Bütün bunlarla yanaşı, S.Şuşinski həm də siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndələrdəndir. O, “Ayıl, ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s. kimi bir sıra mübariz ruhlu mahnılar da oxuyaraq xalqın sevimlisinə çevrilib.

S.Şuşinskinin yaradıcılığının sonrakı dövrü pedaqoji fəaliyyətlə bağlıdır. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yeni açılmış xanəndəlik sinfində müəllimlik edib. 1943-cü ildən ömrünün sonunadək isə fasiləsiz olaraq Asəf Zeynallı adına musiqi məktəbində muğam sənətindən dərs deyir və bütün qüvvəsini incəsənətimiz üçün gənc kadrların yetişdirilməsinə sərf edir. İftixarla demək olar ki, Azərbaycan xanəndələrinin və musiqiçilərinin bütöv bir nəsli bu böyük ustadın tələbəsidir.

Zəngin yaradıcılıq yolu keçmiş qocaman sənətkarın musiqi mədəniyyətimizin inkişaf tarixindəki əməyi həqiqi vətənpərvərlik nümunəsidir. Onun xalq qarşısında bu cür dəyərli xidmətləri yüksək qiymətləndirilərək “Şərəf nişanı” ordeni ilə təltif olunub. Həmçinin xanəndə 1943-cü ildə Əməkdar artist və 1956-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Şərq musiqisinin incisi adlandırılan Seyid Şuşinski 1965-ci ilin noyabr ayının 1 - də 76 yaşında Bakıda vəfat edib, birinci Fəxri xiyabanda dəfn olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir