Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səyyad Aran: Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dünya səviyyəsində nüfuzlu, stabil dövlətə çevirdi

Səyyad Aran: Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dünya səviyyəsində nüfuzlu, stabil dövlətə çevirdi

Bakı, 14 fevral, Emil Məlikov, AZƏRTAC

2023-cü il xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Bu gün dahi və uzaqgörən siyasətçinin adı dərin hörmət və ehtiram ünvanı kimi çəkilir. Müasir, müstəqil Azərbaycanın qurucusu Ümummilli Liderin ölkəmizin inkişafındakı böyük xidmətləri “Heydər Əliyev İli” çərçivəsində təqdim olunan yazılarda da xatırlanaraq xüsusi vurğulanır. Yazıçı-publisist, filologiya elmləri namizədi Səyyad Aran əməkdaşımızla söhbətində Ulu Öndərlə olan görüşlərini xatırlayıb, onun xalqın tərəqqisi naminə göstərdiyi fədakarlıqdan danışmaqla, ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətinə diqqət çəkib. AZƏRTAC yazıçı-publisistin Ümummilli Liderlə bağlı xatirələrinin yer aldığı yazını oxucularla bölüşür.

Ümummilli Lider Heydər Əliyevlə ilk görüşüm 1992-ci il iyunun 26-da olub. Onda “Səs” qəzetində baş redaktorun birinci müavini idim. O zaman biz “Əlincə” Xeyriyyə Cəmiyyətinin xətti ilə Naxçıvana maddi yardım aparmışdıq. Nümayəndə heyətinə akademik Nadir Seyidov, professor Fikrət İsmayılov və Məzdək Hüseynov daxil idilər. Səhər Naxçıvan aeroportuna endik və bizi maşınla Naxçıvan Ali Məclisinə gətirdilər. Bir müddətdən sonra Ulu Öndər Heydər Əliyev bizi qəbul etdi və hamımızla çox səmimi münasibət qurdu. O, akademik Nadir Seyidova dedi: “Sən mənə tanış gəlirsən, Naxçıvanda kimlərdənsən? Sən samovar Qurbanın nəyisən?” O gülümsəyərək cavab verdi ki, nəvəsiyəm. Sonra hamımızla bir-bir maraqlanaraq, səmimi söhbət etdi. Söhbətin davamında bizə tövsiyələrini verdi və biz də öz növbəmizdə gətirdiyimiz maddi yardımla bağlı məlumat verdik. Ümummilli Lider Heydər Əliyev bizə bunu hara istiqamətləndirməyi tövsiyə etdi. Naxçıvanda o zaman vəziyyət gərgin idi. Müxalifət Ulu Öndərə qarşı hər yerdə əks təbliğat aparırdı. Heydər Əliyev Naxçıvanda böyük stabillik yaratmışdı, eyni zamanda, 1992-ci ildə Türkiyə ilə Naxçıvan arasında “Ümid körpüsü”nü açmışdı. Həmin yolla Azərbaycana ərzaqlar, müxtəlif məhsullar gətirilirdi. Demək olar ki, sərhəd tam açıq idi. Həmin dövrdə Naxçıvana elektrik enerjisi məhdudiyyətlərlə verilirdi, ərzaq problemi var idi. Bütün bu gərginliklərə, çətinliklərə baxmayaraq Ümummilli Lider Heydər Əliyev Türkiyə ilə əlaqələri gücləndirərək, eyni zamanda, digər qonşu ölkələrlə münasibətləri yaxşılaşdıraraq Naxçıvan camaatını aclıqdan, yoxsulluqdan xilas etmək üçün çox böyük səy göstərirdi. Təəssüf ki, müxalifət öz əməllərindən qalmırdı, mitinqlər keçirirdilər. Həmçinin 1992-ci ildə televiziyanı tutdular və Naxçıvan Ali Məclisinə hücum etdilər. Amma Nehrəm kəndinin sakinləri və Ulu Öndər tərəfdaşları onların Naxçıvan Ali Məclisinə girməsinə imkan vermədilər. Ümummilli Lider Heydər Əliyev təbii ki, bütün bunlara mərd şəkildə sinə gərərək öz səbri və liderlik keyfiyyətləri ilə Naxçıvanda qarşıdurmanın və insan tələfatının qarşısını aldı.

Biz o vaxt Naxçıvanın bir çox yerlərində olduq və xalqın dahi lider Heydər Əliyevə olan inamını, ümidini gördük. Həmin təəssüratla da geri qayıtdıq. Sonradan ovaxtkı “Səs” qəzetində 91 nəfər Azərbaycan ziyalısının Heydər Əliyevə müraciəti çap olundu. Ölkədə artıq Ulu Öndər Heydər Əliyevə böyük inam və ümid formalaşmağa başladı. Xalq çox arzulayırdı ki, Ümummilli Lider Heydər Əliyev gəlib Azərbaycandakı hərc-mərcliyə, özbaşınalığa son qoysun. O dövrdə Azərbaycan xaos içində idi. Xalq da bu xaosun, gərginliyin, ən əsas da hakimiyyətdəki özbaşınalığın qarşısını almaq istəyirdi. İnsanlar ölkədə qayda-qanun və nizam-intizam olmasını arzulayırdılar. Qanunların olmadığı bir dövrdə hərə özünə bir dəstə yaratmışdı, həmin dəstələrlə də guya Azərbaycan Ermənistan sərhədində dırnaqarası mübarizə aparırdılar. Onların məsuliyyətsizliyi, hərbi və hakimiyyət səriştəsizliyi özünü aydın şəkildə göstərirdi. Azərbaycan beləcə daha da çətin duruma düşürdü. Nəticədə də Gəncə qiyamı baş verdi. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin Azərbaycana gəlişi zərurətə çevrildi. Ümummilli Lider gəldi və xalq onu böyük məhəbbətlə qarşıladı. Ulu Öndər Heydər Əliyev də həqiqi bir lider kimi situasiyanı dərindən öyrənmək üçün əvvəlcə Milli Məclisdə çıxış edərək, vəziyyətin son dərəcə gərginliyini, vətəndaş müharibəsinin az qala başlandığını ifadə etdi, həmçinin bir sıra tanınmış insanlara da müraciət edərək Gəncəyə səfər edəcəyini söylədi. Səhəri gün Milli Məclisin qarşısından Gəncəyə avtomobil karvanı təşkil olundu. Orada ozamankı Gəncə qiyamının başçısı Surət Hüseynovla, eləcə də bu qəbildən olan digər insanlarla görüşdü. Vəziyyəti anlayıb qayıdaraq Milli Məclisdə gördüyü təəssüratlar haqqında məlumat verdi.

Xalqın təkidi ilə Heydər Əliyev Milli Məclisin sədri seçildi. Eyni zamanda, ölkənin Baş nazir postu da boş idi. Milli Məclisin sədri İsa Qənbər, eləcə də Baş nazir Pənah Hüseyn və bir çoxları da istefa vermişdilər. Yaxud da onların məşhur ifadələri ilə desək - “vəzifələrini dondurmuşdular”. Ölkə başsız idi. Ulu Öndər öz vəzifələrini donduranlara müraciət edərək, bu hərəkətin düzgün olmadığını bildirdi. Onlar bu hərəkətlərlə Heydər Əliyevi təkləmək və onun hakimiyyət sükanını zəiflədərək, hakimiyyətdən istefa verib getməsinə nail olmağı hədəfləmişdilər. Ümummilli Lider Heydər Əliyev də bunu başa düşərək yavaş-yavaş Azərbaycanda hakimiyyəti möhkəmləndirməyə çalışdı. Buna da nail oldu. Vəzifəsini donduranlara, əslində istefa verənlərə öz yerlərini bildirərək, boş yerlərə özünün tanıdığı layiqli kadrları qoydu və Azərbaycanda hakimiyyəti möhkəmləndirməyə çalışdı. O zamanlar Lənkəran qiyamı baş verdi. Ulu Öndər televiziya ilə çıxış edərək xalqı bu qiyamçıları tərksilah etməyə çağırdı. Xalq bu çıxışdan ruhlanaraq Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşdi və məsələ həll olundu. Həmin dövrdə qiyama bənzər irili-xırdalı bu cür hadisələr olsa da dahi rəhbər bunların hamısını yerbəyer etdi.

Bildiyimiz kimi, həmin dövrlərdə Gəncə qiyamında da Ümummilli Liderin Gəncəyə gedərək bu prosesləri araşdırması, eləcə də bu məsələni də kökündən həll etməsi onun uzaqgörənliyinin və böyük şəxsiyyət olmasının göstəricisi idi. Sirr deyil ki, o zaman Azərbaycan ordusu çox səriştəsiz və nizam-intizamsız olduğu üçün Surət Hüseynovun qarşısında davam gətirə bilmədi. S.Hüseynovun anarxist dəstəsi Azərbaycan dövlətinin müxtəlif qoşun növlərinə qarşı hücuma keçərək onları ya tərksilah etdi, ya da öldürdü. Bu səbəbdən də Gəncədəki qarşıdurmada bizim bir çox layiqli və vətənpərvər oğullarımız həlak oldular.

Vətəndaş müharibəsinin alovlanan ərəfəsində Ulu Öndər Heydər Əliyev xalqı bu bəladan qurtardı. Həmin ərəfədə Ümummilli Lider Milli Məclisin sədri seçildi və yavaş-yavaş hakimiyyətdə daşları yerinə qoymağa başladı. Beləcə Ulu Öndər ardıcıl böyük uğurlara imza atdı. 1994-cü ildə harınlamış AMON dəstələrini tərksilah etdi. 1996-cı ildə ölkəmizdə olan iqtisadi böhranı tənzimlədi və inflyasiya dayandı. Sonradan qeyri-neft sektoru olan kənd təsərrüfatı sahəsində torpaqları özəlləşdirərək, bu sahə üzrə də xeyli nailiyyətlər əldə etdi. Özəlləşdirmənin ilk illərində əhali öz təsərrüfatını qurmağa və özünü dolandırmağa başladı. Sonradan bu uğurları gözləri götürməyənlər tərəfindən Ulu Öndər Heydər Əliyevə qarşı müxtəlif yollarla sui-qəsd planları hazırlandı. Onların bu çirkin niyyətləri, arzuları həyata keçmədi.

Ulu Öndər tədricən layiqli kadrların seçilməsində daha ciddi addımlar ataraq, sədaqətli insanları vəzifələrə gətirməklə ölkəmizdə böyük quruculuq işlərinə başladı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın gəlirləri artmağa başladı. Bu layihənin sayəsində dünya investorları ölkəmizə cəlb olunaraq, ard-arda neft müqavilələri imzalandı. Azərbaycan nəhayət ki, dirçəlməyə, çiçəklənməyə başladı. Bununla yanaşı Ulu Öndər tərəfindən 1994-cü ildə imzalanan “Bişkek” müqaviləsi ilə atəşkəs elan olundu. Həmin dövrdə mənfur ermənilərin təxribatları nəticəsində müxtəlif terror hadisələri törədildi. Lakin buna baxmayaraq, Ümummilli Lider ölkədə stabilliyi qorumağa, əmin-amanlıq yaratmağa nail oldu. O zamanlar insanlar çörək mağazalarının qarşısında gecədən növbə tuturdular. Həmin dövrlərdə ölkəni idarə edən ovaxtkı hakimiyyətin hərc-mərclikləri hesabına əhali çox ağır və gərgin vəziyyətdə yaşayırdı. Ölkədaxili parçalanma təhlükəsi var idi. Ulu Öndər Heydər Əliyev vaxtında öz doğma vətəni olan Azərbaycana gələrək, dahiliyi, müdrikliyi, uzaqgörənliyi, hərbi-siyasi təcrübəsi və dünyagörüşü sayəsində Azərbaycanı bu bəladan xilas etdi. Öz müdrik fəaliyyəti ilə Ümummilli Lider dövlət başçısının necə olması nümunəsini yaratdı və xalq əsl xilaskar, layiqli hakimiyyətin şahidi oldu. Bunun da sayəsində xalq tərəfindən Ulu Öndər Heydər Əliyevin siyasəti dəstəkləndi və Ulu Öndər davamlı şəkildə ölkənin prezidenti seçildi.

Azərbaycan xalqının yetirdiyi böyük ictimai-siyasi xadim və dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev ölkədə klassik dövlətçilik idarəetmə ənənəsini yaradaraq, Azərbaycanı dünya səviyyəsində nüfuzlu, stabil dövlətə çevirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar