Səyyar “ASAN xidmət” Ağsuda
Ağsu, 7 oktyabr, AZƏRTAC
Səyyar “ASAN xidmət” Ağsuda fəaliyyətə başlayıb və oktyabrın 5-dən 23-dək sakinlərə xidmət göstərəcək.
Qəbələ Regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunun müdiri Seymur Abbasov AZƏRTAC -ın bölgə müxbirinə bildirib ki, vətəndaşların müraciətləri ilə əlaqədar onlara Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən xidmətlər göstəriləcək. Bu xidmətlərə sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, təkrar qeydiyyat, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sair aiddir.
Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlara, habelə funksional yardım xidmətləri göstəriləcək. Bu xidmətlərə qan qrup, boyun ölçülməsi, gözün rəngi barədə tibbi arayışların verilməsi də daxildir.
Qeyd edək ki, səyyar “ASAN xidmət” Ağsuda fəaliyyətə başladığı ilk üç gün ərzində 202 vətəndaşa xidmət göstərib.