Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 19 noyabr, AZƏRTAC
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib.
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib.
Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin iclasında təmsil olunub.
Cəbrayıl rayonunun Soltanlı kəndində daha 16 ailəyə evlərinin açarları təqdim olunub.
Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində Avropa badminton yarışı start götürüb.
Vilnüsdə “Qarabağ gündəliyi” kitabının təqdimatı olub.
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırıb.
Azərbaycanın 9 universiteti QS Dayanıqlılıq Reytinqində yer alıb.
Özəl tibb müəssisələri üçün icbari tibbi sığorta müraciətləri elektron qaydada qəbul olunacaq.
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq.
Böyük futbol yenidən Xankəndiyə qayıtdı.
İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır.
Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir.