İDMAN
“Shusha Chess-2022”: İkinci turda ilk gedişləri Azərbaycan və Türkiyə Şahmat federasiyalarının prezidentləri ediblər
Bakı, 22 sentyabr, AZƏRTAC
Şuşada ilk beynəlxalq şahmat turnirində ikinci yarış günü davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci turda kişilərin yarışında ilk gedişi Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbəri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, qadınların mübarizəsində isə Türkiyə Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Gülkız Tulay ediblər.
İlk gedişdən sonra AŞF adından G.Tulaya xatirə hədiyyəsi təqdim olunub.
Bu gün rapid yarışında 4 tur oynanılacaq.
“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.
Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]