ŞİMALİ ATLANTİKA ŞURASINDA GÖRÜŞ
Brüssel, 29 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Brüsseldə, NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasında NATO-nun üzvü olan dövlətlərin Şuradakı daimi nümayəndələri və səfirləri qarşısında çıxış etmişdir.
Görüşdə dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın mövcud vəziyyətindən və perspektivlərindən danışdı.
Prezident İlham Əliyev 15 il ərzində “Sülh naminə tərəfdaşlıq” Proqramı və “Fərdi tərəfdaşlığın əməliyyat planı” çərçivəsində Azərbaycan-NATO əməkdaşlığı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi.
Sonra görüşdə müzakirələr aparıldı.
######
![]() |
![]() |
![]() |


