DÜNYA
“Singapore Airlines” tarixin ən uzun sürən birbaşa reysini həyata keçirib
Bakı, 12 oktyabr, AZƏRTAC
“Singapore Airlines” şirkətinə məxsus təyyarə Sinqapurdan Nyu-Yorka mülki aviasiya tarixinin ən uzun sürən birbaşa uçuşunu həyata keçirib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Airbus A350-900URL” təyyarəsi Sinqapur vaxtı ilə 18:37-də havaya qalxıb və yerli vaxtla saat 05:29-da “Newark Liberty” beynəlxalq hava limanına eniş edib.
Beləliklə, “Singapore Airlines” aviakompaniyasına məxsus təyyarə 17 saat 52 dəqiqə havada qalıb və həmin məsafəni planlaşdırılan vaxtdan tez qət edib. Belə ki, Sinqapurdan Nyu-Yorka uçuş müddəti 18 saat 25 dəqiqə çəkməli idi.
Uçuş zamanı göyərtəsində 150 sərnişin daşıyan təyyarəyə biletin qiyməti 2 min dollar olub.
Buna qədər tarixin ən uzun sürən birbaşa uçuşunu “Qatar Airways” aviakompaniyası həyata keçirmişdi. Dohadan Oklendə uçan təyyarə havada 17 saat qalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]