Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu bayram dünyada insanlar arasında birlik və qardaşlıq ruhunun gücləndirilməsi üçün mühüm imkandır.

Sizə və sevdiklərinizə xoşbəxtlik və uğurlar arzulayıram.

Hörmətlə,

 

Tarman Şanmuqaratnam

Sinqapur Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin