Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

SİNQAPUR RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB S.R.NATANA

Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı - Milli gün münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapan dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin