İQTİSADİYYAT
“Şirvan” REŞ-də də təmir kampaniyasi davam edir
Bakı, 15 oktyabr (AZƏRTAC). Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan” Regional Elektrik Şəbəkə (REŞ) Müəssisəsində payız-qış mövsümünə hazırlıq məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, şəbəkənin Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Şirvan, Hacıqabul və Qaradağ rayonu üzrə elektrik verilişi xətlərində və yarımstansiyalarda son üç ayda təmir işləri aparılmışdır.
Müəssisənin balansına aid olan “Liman”, “Lerik”, “Neftçala”, “Üçtəpə”, “Ərçivan” və digər yarımstansiyalarda isə müxtəlif güclü transformatorlar və yağ açarları təmir edilərək normal iş rejiminə gətirilmişdir.