SİYASƏT
ŞİRVAN ŞƏHƏRİNİN ƏMƏK KOLLEKTİVLƏRİNDƏ ÜMUMMİLLİ LİDERİ ANIM MƏRASİMLƏRİ KEÇİRİLİR
Şirvan, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da Şirvan şəhərinin 20-yə yaxın əmək kollektivində ümummilli lider Heydər Əliyevin xatirəsini anım mərasimləri keçirilmişdir.
Şəhərin təhsil, mədəniyyət və turizm, maliyyə şöbələrində, Şirvan bələdiyyəsində, telemexanika zavodunda və digər müəssisələrdə təşkil edilmiş elmi konfrans və “dəyirmi masa”larda Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətin müstəqil ölkəmizin baş memarı olduğu vurğulanmış, ölkəmizin dövlət idarəçiliyinin Heydər Əliyev ideyalarının ən sadiq davamçısı olan İlham Əliyevə etibar edilməsi ulu öndərin dahiyanə uzaqgörənliyi kimi minnətdarlıqla nəzərə çarpdırılmışdır.
Anım tədbirlərinin davamı olaraq bütün tədris müəssisələrində xatirə dərsləri keçiriləcək, ümummilli liderin adını daşıyan baş meydanda şəhər ictimaiyyətinin izdihamlı mitinqi olacaqdır.