CƏMİYYƏT
Şirvanda ailə həkimləri üçün səyyar kurs keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasında pediatrlar və terapevtlər üçün “Ailə həkimləri praktikasinda həzm və biliar sistemi xəstəlikləri” mövzusunda səyyar kurs keçirilib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursda Şirvan şəhərində çalışan həkimlərlə yanaşı Hacıqabul, Saatlı, Kürdəmir və Sabirabad rayonlarından olan həkim-terapevt, pediatr, məntəqə müdirləri, kənd və səhər xəstəxanalarının baş həkimləri iştirak ediblər.
Kursda müdavimlərə müalicəvi pəhrizlər və mədə-bağırsaq xəstəliklərinin erkən profilaktikası barədə məlumatlar təqdim olunub. Dərsləri ailə təbabəti kafedrasının əməkdaşları - kafedra müdiri əvəzi dosent Eldar Hətəmzadə, assistentlər Şəfayət Verdiyeva, İlahə Rəsul və Dinar Qəhrəmanova aparıblar.