REGİONLAR
Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanılıb
Şirvan, 1 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən istirahət parklarının birindən Kommunal Kombinat Müəssisəsinin balansında olan beş ədəd işıq dirəyinin oğurlanması və müəssisəyə 2880 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrahimov saxlanılıb.
Faktla bağlı həmin şəxs barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.